azfakt.az
http://azfakt.az

Peşəkarlıq və ya şəfalı əllər sahibi

5-06-2023, 12:53 Baxılıb: 20

 

Bu gün söhbət açacağımız insan sıradan bir şəxs deyil. Yüzlərlə, bəlkə də minlərlə xəstələri müayinə və müalicə edib normal həyata qaytaran, vətənpərvər həkim Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənovdur. Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən həkim Fərhad Həsənov üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Fərhad həkim həyata eşqi yaşadan xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.


Bu günlərdə yolum Respublika Neyrocərrahiyyə Xəstəxanasına düşmüşdü. Əslində fikrimdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına getmək deyildi, yaxınlığından keçirdim, peşəm jurnalistika olduğu üçün içəri daxil olub hər şeyi öz gözlərimlə görmək istədim. İçəri daxil olub-olmaz Xəstəxana personalının səmimiyyəti, mehriban münasibəti məni sevindirdi. Xəstəxanada çalışan personajla qısa ayaqüstü bir söhbət etdik. Buarada çalışan işçilərin dediklərindən:


-Qədimdən həkim andı kimi məlum olan "Hippokrat andı" bu gün də biz həkimlərin müqəddəs andı sayılır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir. Həkim, sənətinizin ağır və məsuliyyətli olduğunu hamımız yaxşı bilirik. İlk əvvəl qeyd etməliyəm ki, hansısa peşədə uğur qazanmaq üçün mütləq gördüyün işin aşıqı olmalısan. Yalnız belə olduğu təqdirdə biz uğurlu və güclü bir peşəkar ola bilərik.


Həkimlik son dərəcə çətin və vacib peşədir. Əlbəttə, peşənin vacibi və ya qeyri vacibi olmur…


Həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini… digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edir. Bu çox təbiidir, çünki həkimin borcu xəstəyə şəfa tapmaqdır. Əlbəttə, bu prosesdə həkimlər təmanna umurlar, ummalıdırlar. Lakin, həkimlikdə özündə mütləq sosial məsuliyyətləri birləşdirməlidir. Həkimlikdə əsas hədəf xəstə sağlam vəziyyətə gətirmək olmalıdır…


Məşhur rus yazıçısı, həkim A.P. Çexov həkimlik haqqında demişdir: “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir.Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”. Bu, həqiqətən də belədir.


Fərhad Həsənov Respublika Neyrocərrahiyyə Xəstəxanasına direktor təyin olunduğu gündən ta bu günə kimi insanların sağlamlığına xüsusi diqqət yetirir, hər bir xəstəyə diaqnoz qoyarkən necə deyərlər, yüz ölçüb, bir biçir. Bəlkə ona görədə bu gün xəstəxana başqa tibb ocaqlarından fərqlənir. Xəstəxanada çalışan bacarıqlı, savadlı həkimlərim çoxdur. Onlar bütün bacarıqlarını insanların sağlamlığına həsr edirlər. Buna görə də xəstəxana dəfələrlə insanlar tərəfindən, əlaqədar təşkilatlar tərəfindən təşəkkürə və minnətdarlığa layiq görülübdür.


Fərhad müəllim şəxsən özü xəstələri bir-bir yoxlayaraq onların sağlamlığın keşiyində ürəklə durur. Əsas vəzifəsi xalqımıza layiqincə xidmət etməkdir. Xəstəxanada müasir avadanlıqlar mövcuddur. İnsanların sağlamlığının keşiyində həmişə canla, başla dururlar.


Müsahibim xəstəxanada çalışan həkimlərin və tibb personalın yüksək səviyyədə pasientlərə, xalqa və dövlətə xidmətindən danışdı.


Biz də öz növbəmizdə Fərhad müəllimə və Respublika Neyrocərrahiyyə Xəstəxanasının bütün əməkdaşlarına öz və ictimaiyyət adından minnətdarlıq bildiririk.


 

Kəmalə Eldarlı

Təsisçi və Baş redaktor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930