Papikyan silah almaq üçün Fransaya getdi
Oktyabrın 22-də Ermənistan müdafiə naziri Suren Papikyan Fransaya səfər edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər Fransanın Silahlı Qüvvələri naziri Sebastyan Lekornunun dəvəti ilə baş tutur.
Lekornu Ermənistan və Fransanın hərbi təchizat müqaviləsi imzalayacağını bildirib.