azfakt.az
http://azfakt.az

2 saylı xüsusi əyani-qiyabi məktəbdə MƏNİMSƏMƏ - TƏFƏRRÜAT

19-10-2023, 14:52 Baxılıb: 25

2 saylı xüsusi əyani-qiyabi məktəbdə MƏNİMSƏMƏ

1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru Əmrah Səfərov barəsində cinayət işi başlanılıb.

Qanunedalet.com.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunur. Onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınıb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930