Fransada bomba panikası: Versal sarayı boşaldıldı
Fransanın paytaxtı Parisdəki Versal sarayı bomba təhlükəsi səbəbilə boşaldılıb və ziyarətçilərə bağlanıb.
Polis şübhəli paketə müdaxilə edildiyini açıqlayıb.
Versal Sarayı X hesabında açıqlama yayıb:
"Hörmətli ziyarətçilər, Versal Sarayı təhlükəsizlik məqsədilə bu gün (17 oktyabr çərşənbə axşamı) ziyarətçiləri təxliyə edəcək və qapılarını bağlayacaq. Anlayışınız üçün təşəkkür edirik. "Polis Versal Sarayı yaxınlığındakı şübhəli paketə cavab verdiklərini və bomba təhdid qrupunun hadisə yerində olduğunu açıqlayıb.
Oktyabrın 14-də, müəllimin qətlindən bir gün sonra, yalan olduğu üzə çıxan bomba hədələri Parisdəki Luvr muzeyi, Versal sarayı və Gare de Lyon qatar stansiyasının boşaldılmasına səbəb olub.