azfakt.az
http://azfakt.az

“Hesabat internet üzərindən ictimaiyyətə çatdırılmalıdır”

21-10-2024, 18:18 Baxılıb: 0

hesabat-internet-uzerinden-ictimaiyyete-catdirilmalidir


“Bələdiyyələrin hesabatlılığının gücləndirilməsinə ehtiyac var”.
Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı aparılan müzakirədə bildirib.

“Bələdiyyələrin bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında hesabatlı olması vacibdir. Könüllü olaraq media vasitəsilə məlumatların ictimaiyyətə çatdırılması yaxşı olardı. Bu bir sıra ölkələrdə məcburidir. Bələdiyyələrin internet portalları yaradılmalıdır. Hesabatın internet üzərindən ictimaiyyətə çatdırılması lazımdır. Belə olanda vətəndaş da bilir ki, onun bələdiyyəyə ödədiyi vəsait necə xərclənir. Bu da şəffaflığın təmin olunması üçün mühüm addım olacaq”, - deyə V.Bayramov qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930