Şeyx Rusiyaya gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 19-u Rusiyaya səfərə yola düşür.
QMİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfərdə məqsəd RF Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə sentyabrın 21-i Moskvada keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak etməkdir.
Budəfəki Forum RF Müsəlmanları Ruhani İdarəsinin 30, Müfti Şeyx Ravil Qaynutdinin dini fəaliyyətinin 40 illiyinə həsr olunur. A. Paşazadə Forumda məruzə ilə çıxış edəcək.
Moskvaya səfər çərçivəsində Allahşükür Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kiril tərəfindən qəbul ediləcək.