azfakt.az
http://azfakt.az

Əhmədin məhkəməsi 1 ay sonraya qaldı

10-09-2024, 18:08 Baxılıb: 0

ehmedin-mehkemesi-1-ay-sonraya-qaldi


Bütün ailə üzvlərini amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, 25 yaşlı Əhməd bu gün saxlanıldığı xüsusi xəstəxanadan polisin müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilməli idi. Lakin onun məhkəmədə iştirakı təmin edilməyib. Bu səbəbdən məhkəmə prosesi oktyabrın 8-nə təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəlki prosesdə prokurorluğun göndərdiyi qərar elan edilmişdi. Qərarda yazılıb ki, təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətməsi həkim rəyləri ilə öz təsdiqini tapıb. Bu səbəbdən o, cəzadan azad edilərək ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməlidir.

Xatırladaq ki, ilin ən dəhşətli cinayəti hesab edilən hadisə bu ilin fevralında baş verib. 25 yaşlı Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930