azfakt.az
http://azfakt.az

İsrailin milli təhlükəsizlik nazirinə çimərlikdə hücum - Saxlanılan var

6-09-2024, 19:29 Baxılıb: 4

israilin-milli-tehlukesizlik-nazirine-cimerlikde-hucum


İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Təl-Əvivdə hücuma məruz qalıb.
Bu barədə TASS məlumat yayıb.

Nazir ailəsi ilə birgə çimərlikdə olarkən 27 yaşlı qadın siyasətçinin yanına qaçaraq ona qum atıb.

Məlumata görə, şübhəli hadisə yerindən dənizə qaçmağa çalışsa da, polis onu saxlayıb.

Qadın Təl-Əvivin mərkəzindəki polis bölməsinə aparılıb. O, dövlət qulluqçusuna hücum etməkdə şübhəli bilinir, polis onu məsuliyyətə cəlb etmək niyyətindədir.

Qeyd edək ki, Ben Qvir ifrat sağçı “Yəhudi Gücü” partiyasına rəhbərlik edir və fələstinlilər haqqında sərt bəyanatları ilə tanınır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930