Putin Rusiyaya qayıtdı
Rusiya Prezidenti Vladimir Putin Monqolustanı tərk edib.
Bu barədə Kreml məlumat yayıb.
“Rusiya Prezidentinin Monqolustana rəsmi səfəri başa çatıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya lideri Ulan-Batora dünən gedib. Belə ki, bu, Putinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalamış ölkəyə ilk səfəri olub.
Xatırladaq ki, 2023-cü ilin martında BCM Putinin həbsinə order verib. Bu sənədə əsasən Putin Monqolustana səfəri zamanı həbs edilməli idi.