Pezeşkian ilk xarici səfərini bu ölkəyə edəcək
İran Prezidenti Məsud Peşezkian sözügedən postda ilk xarici səfərini İraqa edəcək.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Al-Mayadeen” portalı yayıb.
Səfərin İraq Prezidenti Əbdüllətif Camal Rəşidin dəvəti ilə baş tutacağı qeyd olunub.
Həmçinin qeyd olunub ki, Peşezkian İraqa Nyu-Yorka planlaşdırılan səfərdən əvvəl yollanacaq.