Ceyhun Bayramov sabah Türkiyəyə gedəcək
Xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-si Ankaraya səfər edəcək.
Bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.