Yunanıstan müdafiə naziri Türkiyəyə gedəcək
Yunanıstan müdafiə naziri Nikos Dendias Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NTV-yə müsahibəsində deyib.
O bildirib ki, səfərin gələn ilin fevral-mart ayında olması planlaşdırılır.
Y. Gülər söyləyib ki, Türkiyə və Yunanıstan hərbi təlimləri davam etdirəcək.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər etmişdi.