azfakt.az
http://azfakt.az

QANUN ŞAH DEYİL, ŞAH QANUNDUR!-DEYƏN BP İŞÇİSİNDƏN "ALQIŞA" LAYİQ ADDIM! JURNALİST QADINA ƏL QALDIRAN BP İŞÇİSİ, YOXSA ADDAN İSTİFADƏ EDƏN SAXTAKAR..

24-08-2024, 22:36 Baxılıb: 14

bp-nin Bakı ofisindən Biznes əməliyyatları hesabatı | marja.az


Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin vəzifəli məmurlara ciddi müraciəti:
“...Mətbuata heç vaxt hücum etmək olmaz. Xüsusilə, dövlət işində işləyənlər tərəfindən, məmurlar tərəfindən, digər vəzifəli şəxslər tərəfindən bu, yolverilməzdir. Mən yenə deyirəm ki, özüm heç vaxt bunu etməmişəm, etməyəcəyəm də. Və bütün məmurlara deyirəm ki, məndən nümunə götürsünlər”.
Allah taleyimə bəxş etdiyi enişli-yoxuşlu,sevincli-kədərli,bir ucu ölümlü dünyada, yaşadığım 47 illik ömür yolumda məni var-dövlət,mal-mülk sahibi etməsə də ləyaqətli ömür yolu bəxş edib,gərəkli peşə sahibi etməklə mükafatlandırıb.Peşə fəaliyyətim mənə bir tərəfdən insanlarla ünsiyyətdə olmaq,onların yaşadığı həyat tərzi ilə tanış olmaq,səhvlərindən nəticə çıxarmaq,cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri-hər hansı peşə sahibləri olursa-olsun təmas qurmaq,özümü ifadə etmək,səaimi,sözümü cəmiyyətə çatdırmaq imkanı verib.Və açıq etiraf edim ki,mən hər dəfə mənə Allah tərəfindən bəxş edilən bu fürsəti yetərincə dəyərləndirəndə hüquqları pozulmuş,haqsızlıqla üz-üzə qalan vətəndaşın səsini ictimailəşdirəndə qürur hissi keçirirəm.belə insanlarla bağlı yazdığım hər fikirdə Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin belə bir dəyərli sözlərini xatırlamamaq haqsızlıq olar:
 "Mən xalqımın xidmətçisiyəm.Bütünlüklə məmurlara da dəfələrlə açıq bəyan etmişəm ki,siz xalqın xidmətçilərisiniz.Gedin,xxalqa ləyaqətlə xidmət edin.Kim xidmət etmirsə,o,vəzifədən dərhal çıxarılır.Ona görə də əgər Prezident və hər hansısa bir rəsmi şəxs xalqa ləyaqətlə xidmət edirsə və xalq da onu bəyənirsə,o,gərək öz fəaliyyətindən, öz vəziyyətindən arxayın olsun.Bu arxayınlıq, əminlik məndə də var!"
İMən cənab İlham Əliyevin belə bir dəyərli kəlamını sözgəlişi xatırlamadım.Yazımın konkret ünvanı var.Əlbəttə ki,cənab Prezidentimizin işlətdiyi bu dahiyanə söz məndə işimə daha da bağlılıq yaratdı.Və mən qəti qərara gəldim ki,öz işindən vəzifəsindən sui istifadə edərək insanların haqqını,tapdayan,haqsızlığa boyun əyən vəzifə sahiblərinin saxta əməllərini işıqlandıracaq yazılarla çıxış edim. Və bu amalla yola çıxdım.Çıxdım ki,qəıəmimlə işindən,vəzifəsindən sui istifadə edən məmurları xalqa,dövlətə tanıdım.Ümidvaram ki,Qanunədalət.com-un bütün oxucu kütləsi haqqında qələmə aldığım hər bir məmurun qanuna sığmayan fəaliyyətini,özbaşınalıqlarını ictimailəşdirdiyim üçün məni qınamayacaq,əksinə, xalqa,millətə xidmət kimi dəyərləndirərək.
  Jurnalist haqqın və haqqı olanın sözünü deməlidir!-Dəqiq və Qərəzsiz!
Mən də bir jurnalist olaraq hər zaman haqqın və haqlı olanın yanındayam.
 Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin və aparılan islahatların bəhrəsi özünü göstərməkdədir.Günbəgün çiçəklənən,inkişaf edən ölkəmiz dünyada və regionda lider dövlətə çevrilməkdədir.Lakin çox təəssüflər olsun ki,bəzən yerlərdə elə məmurlar,üzdəniraq rğhbərlər var ki,görülən işlərə öz qanunsuz hərəkətləri,çirkin əməlləri ilə kölgə salır,incidir, haqsızlıq edir.
Bir sözlə, burda mənəm,Bağdadda kor xəlifə!-deyir.
Elə yazımın əsas "qəhrəmanı"Hüseyn Arifoğlu kimi...
Bakının Sabunçu rayonu ərazisində jurnalist həmkarımız arzuolunmaz hadisə ilə rastlaşıb.
Qanunədalət.com-a verilən məlumata görə təxmini 35-37 yaşlarında olan,özünü BP-nin işçisi kimi təqdim edən,daha da ətraflı, dəqiq desəm,yaşadığı ərazinin yolunu tam mənimsəyərək uşaqlara hədə-qorxu gələn,onları oynamaqdan,velosiped sürməkdən məhrum edən,az qala bütün küçəni mənimsəyən Hüseyn Arifoğlu öz vəzifəsindən,daşıdığı addan istifadə edərək,xanım həmkarımıza hücum çəkib,onu döyüb.Və bu da azmış kimi, öz çirkin əməlinə haqq qazandıran "qəhrəman Hüseyn Arif oğlu ,barmağını silkələyərək belə bir kəlmələrlə hətta insanların gpzündən pərdə asmağa çalışıb:
"Qanun mənəm,qanun mənim cibimdir! Mənim,ailğmin xəbərimiz olmadan bu küçədən quş belə uça bilməz.Yoldaşımın dayısı deputatdır.Bunu unutmayın ki,qanun bizim cibimizin əsiridir!-deyə, Qanunun Şah deyil,Şahın qanun olduğu fikrini də aşılamağı unutmayıb.
Ümid edirik ki,aidiyyatı qurumlar bu məsələ ilə bağlı ölçü götürərək Hüseyn Arifoğluna,əslində Şahın qanun deyil, Qanunun Şah olduğunu elə qanunla başa salacaqlar.
Prezident İlham Əliyev: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil”
Mən jurnalist olaraq Hüseyn Arifoğuna və onun kimi pulunun əsiri olan "məmur"lara üzümü tutub deyirəm ki,unutmayın ki,ən böyük vəzifə insanlıqdır. Milyonlara sahib olsanız da,insanlığınızı unutmayın...
Onu da unutmayın ki,
qanunları pozan hər kəsi qanun cəzalandırır. Yəni, hər hansı bir vəzifəli şəxsin yol verdiyi qanunsuz hərəkətlərə onun vəzifəsinə görə qiymət verilmir. Hər bir kəs kimliyindən asılı olmayaraq qanun qarşısında eyni qaydada məsuliyyət daşıyır. Çünki hüququn başlıca prinsipi ədalətdir, hüquq insanın kimliyinə, vəzifəsinə deyil, törətdiyi əməlinə görə qiymət verir.
Beləliklə, hər bir şəxs  Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini,qanunun aliliyini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq qanun qarşısında cavab verməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930