Kurskun bu qədər yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir
“Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda məlumat yayıb.
“İntensiv döyüşlərə baxmayaraq, qüvvələrimiz Kursk vilayətində irəliləməyə davam edir. Növbəti hazırlıqlar davam edir”, - Ukrayna lideri açıqlayıb.