Zelenski Zalujnının işdən azad edilməsi barədə danışıb
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı əvəzləmək barədə düşündüyünü bildirib.
O, bunu İtaliyanın “Rai1” telekanalının efirində deyib.
“Bu, Ukraynaya rəhbərlik edənləri narahat edən sualdır. Təbii ki, yeni başlanğıc lazımdır”, - deyə Ukrayna lideri bildirib.
O, təkcə hərbi sahədə deyil, dövlətin bəzi rəhbər şəxslərinin əvəzlənməsini nəzərdə tutduğunu qeyd edib.
"Mən bu əvəzetmə haqqında düşünürəm, bu doğrudur" - deyə Zelenski davam edib.