Tacikistanda müəmmalı həbslər - Eks-prezidenti və keçmiş naziri niyə tutublar?
Avqustun 9-da Tacikistanın baş prokuroru Yusuf Rəhmon 1991-1992-ci illərdə ölkə prezidentinin səlahiyyətlərini icra etmiş Əkbərşo İskəndərova qarşı cinayət işinin başlandığını təsdiqləyib.
Ə.İsgəndərovla yanaşı ittiham olunanlar arasında keçmiş xarici işlər naziri Həmroxon Zərifi, eləcə də o zamanlar müxtəlif yüksək vəzifələr tutan Şokirjon Hakimov və Əhmədşah Komilzoda da var.
Nəzarət qurumunun rəhbəri işin təfərrüatlarını açıqlamayıb və “bu şəxslərin yaxın təmasda olduqlarını” bildirib. O, həmçinin vurğulayıb ki, kim millətə xəyanət edirsə, hansı vəzifədə olmasından, hansı postu tutmasından asılı olmayaraq qanun qarşısında cavab verəcək.
Qeyd edək ki, Ə.İsgəndərovun 73, H.Zərifinin 75 yaşı var. Eks-prezident Ə.İsgəndərov sonradan respublikanın Türkmənistan, Qazaxıstan və Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib. Zərifi isə O, 2006-cı il dekabrın 1-dən 2013-cü ilin noyabr ayının 29-dək respublikanın xarici siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb. Zərifi fövqəladə və səlahiyyətli səfir rütbəsinə malikdir və Tacikistan Təhlükəsizlik Şurasının daimi üzvüdür.
Adı çəkilən şəxslər 1 ay öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.