"Azərişıq" 2,5 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
“Azərişıq” ASC “"Azərişıq" ASC-nin paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması, gərginlik düşkülərinin aradan qaldırılması məqsədilə Səbail, Qaradağ və Binəqədi rayonları ərazisində yerləşən elektrik veriliş xətlərində və qurğularında yenidənqurma işlərinin aparılması, yeni güc mərkəzlərinin yaradılması işləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “İntegras” MMC olub.
Qalib şirkətə 2 525 189 manat ödəniləcək.
Qeyd edək ki, “İntegras” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhsəti Həsənova Hüseynalı qızıdır. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq, ev 214, m. 99 ünvanında yerləşir.