azfakt.az
http://azfakt.az

Bədəl Bədəlov YAP-ın siyahısına necə düşüb? SOCAR-ın sabiq vitse-prezidenti qaranlıq keçmişi…

22-07-2024, 22:51 Baxılıb: 1

Bədəl Bədəlov YAP-ın siyahısına necə düşüb? SOCAR-ın sabiq vitse-prezidenti qaranlıq keçmişi…

Sentyabrın 1-də keçiriləcək növbədənkənar partlament seçkilərində yeni simaların olacağı şübhəsizdir. Ancaq bir necə gün öncə hakim Yeni Azərbaycan Partiyasının siyahısı açıqlananda çoxları yeni adları görüb  təəccübləndi. Çünki hakim partiyanın açıqladığı siyahıda olduqca ilginc,  keçmişi qaranlıq olan  sabiq məmurlar da yer almışdı.

Belə ki, hakim partiyanın siyahısında yer alan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlovun adı hər zaman müxtəlif qalmaqallarda hallanıb. Belə bir şəxsin namizədliyinin  Azərbaycanın həssas bölgələrindən biri olan 96 saylı Goranboy – Naftalan seçki dairəsindən irəli sürülməsi birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə Bədəl Bədəlovun əməlləri barədə yazılar dərc edilməyə başladı. Qeyd edək ki, Bədəl Bədəlov ötən ilin prezidentin 28 iyul 2023-cü il tarxili sərəncamı ilə vəzifəsindən azad edilib.

Bir sözlə 1 ildir ki , gözə görünməyən Bədəl Bədəlovu kimlərsə siyasət meydanına atmağı bacarıb.

Hər zaman Bədəl Bədəlov medianın diqqət mərkəzində olub. Amma heç vaxt sabiq vitse-prezident yaxşı işləri ilə diqqət mərkəzində olmayıb. Ya oğlunun qalmaqallı hərəkətləri, ya da çoxsaylı əmləklarını siyahısı diqqət çəkib.

Dövlət Neft Şirkətində (SOCAR) sosial məsələlər üzrə vitse-prezident olan müddət ərzində  Bədəl Bədəlov özünə kifayət qədər var dövlət yığa bilib.

Bədəl Bədəlov 2011-ci ildən bu vəzifəni daşıyıb  və 12 illik vitse-prezidentlik dövründə Dövlət Neft Şirkətində (SOCAR) ölkəmiz üçün heç bir lazımlı lahiyə həyata keçirə bilməyib.

Bədəl Bədəlov üzdə olmayan ən varlı oliqarx məmurlardan biri olub.

Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı var. Paytaxtın “Varovski” deyilən və varlılar məhəllləsi kimi tanınan ərazidə dəyəri milyonlarla manatla ölçülən bir neçə villası var. Yəqin ki, Bədəl Bədəlov bu villaları, həmçinin Bakıdakı bahalı əmlaklarını əmək haqqı ilə almayıb.

Bədəl Bədəlovun ailsəinə məxsus olan  “Naftalan Mərkəzi Sanatoriyası” MMC-ni oğlu Elvin Bədəlov idarə edir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Elvin Bədəlovdur. Xatırladaq ki, bu məlumat ictimailəşən sonra sanatoriyanın qanuni təmsilçisi tez-tələsik dəyişdirildi.

Onun digər oğlu Elçin Bədəlovun dəbdəbəli həyat ytərzi hər zaman diqqət mərkəzində olub. Onun bahalı avtomobillərlə fotoları sosial şəbəkələrin “bəzəyinə” çevrilib.

image-2image-3

Oliqarx məmur statusunu itirdikdən sonra biznes fəaliyyətini genişləndirən Bədəl Bədəlovun daha bir neçə sanatoriya inşa edildiyi iddia edilir.

Qeyd edək ki, onun adının birdən- birə 96 saylı Goranboy – Naftalan seçki dairəsindən irəli sürülməsi hakim partiyanın daxilində də söz söhbətə səbəb olub. İddia edilir ki, hansısa sehirli əl sabiq vitse-prezidentin adını bu siyahıya saldırmağı bacarıb. Maraqlıdır ki, təkcə Bakıda onlarla böyük əmlaka sahib Bədəl Bədəlov hansı xidmətlərinə görə hakim partiyanın siyahısına salınıb?/veteninfo.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930