azfakt.az
http://azfakt.az

GÖRÜNƏN DAĞA NƏ BƏLƏDÇİ?...

31-05-2023, 16:07 Baxılıb: 70

 
 

Redaksiyamıza daxil olan şikayətə əsasən, Abşeron rayonu, Xırdalan şəhər, Ə.Mürsəlov küçəsində yaşayan sakinlər bildirir ki, hal-hazırda sözügedən ünvanda tikilmiş hündürmərtəbəli yaşayış binası əslində fərdi yaşayış üçün nəzərdə tutularaq verilmişdir. Lakin, işbazlar fürsətdən istifadə edərək yenə həmin su, həmin çanaq misalında... Xırdalan köhnə kənd adlanan bu yerin sakinləri şikayət edib bildirirlər ki, Murad Nəsrullayev adlı şəxs və onun havadarı sayılan İlham adlı şəxs fərdi evlər arasında qeyri-qanuni olaraq hündürmərtəbəli binalar inşa edir, bu da insanların narahatçılığna səbəb olur. Sakinlər tərəfindən dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə şikayət olunmasına baxmayaraq şikayətlərinə məhəl qoyan yoxdur. Yəqin ki, buradan belə görünür ki, bu adamın arxasında Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Abidin Fərzəliyev dayanır. Bakıda hündürmərtəbəli binaların tikilməsi həmişə olduğu kimi yüksək hay-küylü konfliktlərlə, mübahisələrlə, üstü örtülü məqamlarla özünü biruzə verməkdədir. Bu da axarıncı nümunə. Fərdi yaşayış üçün imzalanmış sərəncam kobudcasına pozulmuş, ciblərini doldurmaq üçün əmlak haqqında, nəzərdə tutulmuş dövlət qanunlarını haqqında olan və olmayan bilgiləri kənara qoyaraq nəfslərinin quluna çevrilmişlər. Bu binanın memarlıq və şəhərsalma üslübuna uyğun olub-olmamasının sualı da ortaya çıxır. Dönə-dönə vurğulayırıq, fərdi ev tikmək üçün nəzərdə tutulan sahə hündürmərtəbəli binanı özündə daşıya biləcək gücə sahibdirmi?! 

Faktla bağlı redaksiyamıza sənədlər daxil olub. Sənəddə Murad Nəsrullayevə fərdi ev tikintisi kimi nəzərdə tutulmuşdur. Qanunlarımızda göstərilir ki, 3 mərtəbədən yüksək ev tikilirsə, bu tikili artıq fərdi yaşayış üçün nəzərdə tutulmur, göründüyü kimi sözü gedən yerdə 7 mərtəbəli bina inşa olunub. 


P.S: Bu sualların cavabını ilk olaraq bu işlərə məsul Respublika Şəhərsalma və Memarlıq Komitəsindən, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsindən istəyirik. Əslində qalanda kağız üzərində hər şey qayda-qanunla, şəffaf görünür.

Mövzunu diqqətimizdə saxlayırıq. 

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. 


 


 

 

İlham - Nəsrullayev Murad Bəhlul oğlunun "şillə vuranı" ləqəbli şəxs

 




 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930