azfakt.az
http://azfakt.az

Rusiyanın Xarici İşlər Nazirliyi Yaponiya ilə dialoqa qayıtmaq üçün şərtləri açıqlayıb

5-07-2024, 21:26 Baxılıb: 0


Rusiyanın Xarici İşlər Nazirliyi Yaponiya ilə dialoqa qayıtmaq üçün şərtləri açıqlayıb

Yaponiya ilə dialoqun bərpası Yaponiyanın Rusiyaya qarşı tutduğu düşmənçilik kursuna yenidən baxılmasını nəzərdə tutur. Yaponiyanın düşmən kursu onunla dialoqun bərpasına imkan vermir.

APA “TASS”a istinadən xəbər verir ki, bunu Yaponiyanın Sasakava Sülh Fondunun rəhbərliyindən ibarət nümayəndə heyəti ilə görüşü zamanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlər yalnız Tokionun konkret addımlarından sonra əvvəlki səviyyəyə qayıda bilər.

İyunun sonunda Rusiya Xarici İşlər Nazirliyi Yaponiya hakimiyyətinin Rusiya sərhədi yaxınlığında Almaniya və İspaniya ilə birgə hərbi təlimlər keçirmək planları ilə bağlı kəskin etirazını bəyan edib. Müvafiq bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930