azfakt.az
http://azfakt.az

Dövlət Xidməti cərimə yazdı, direktor müavini narazı qaldı -TƏFƏRRÜAT

27-06-2024, 21:35 Baxılıb: 0


Sabunçu Tibb Mərkəzinin direktor müavini Zeynal Bayramlı cərimləni
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aran Regional Şöbəsi ona İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə cərimə yazıb.

Bu maddə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi 700 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Zeynal Bayramlı qərardan məhkəməyə şikayət edib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.

Zeynal Bayramlı Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsinə bu günlərdə təyin edilib. Bu təyinata qədər o, Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb və iyunun əvvəllərində tutduğu vəzifədən azad edilib.

Ehtimal olunur ki, Zeynal Bayramlının cərimələnməsi onun Ucarda işlədiyi dövrdə baş verib. Cəriməni DƏMX-in Aran Regional Şöbəsinin yazması bu ehtimalı bir qədər də gücləndirir.(Qaynarinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930