Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi rəsmən başa çatıb
Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi rəsmən başa çatıb.
Bu barədə Gürcüstan KİV məlumat yayıb.
Belə ki, 9 kilometrlik Kveşeti-Kobi tunelinin qalan bir neçə metri canlı efirdə qazılıb. Prosesi Gürcüstanın baş naziri İrakli Kobaxidze müşahidə edib.
Qeyd olunub ki, yeni tunel sayəsində artıq yükdaşıyanlar "Yuxarı Lars" nəzarət-buraxılış məntəqəsi istiqamətindəki yolda yubanmayacaqlar, belə ki, 1 saatlıq yol cəmi 15 dəqiqə çəkəcək.
15 metrlik diametrə malik tunel, həmçinin, Avropada ən uzun və mürəkkəb mühəndislik qurğularından biridir.