Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb
Qəzza zolağına humanitar yardım daşıyan Türkiyənin doqquzuncu “yaxşılıq gəmisi” dünən Mersin limanından yola düşüb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin Qızıl Ay Cəmiyyəti və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən hazırlanan yardımlar Misirin Əl-Ariş limanına, oradan da Rəfah keçid-məntəqəsi vasitəsilə Qəzzaya çatdırılacaq.
Məlumata görə, Suriya, Hindistan, Misir və Liviyadan olan 14 nəfərlik şəxsi heyətlə yola çıxan gəmi Qəzzaya 3 min 774 ton yardım aparır. Yüklərin arasında hazır ərzaq bağlamalarından əlavə, 869 ton un, 14 min 700 bağlama uşaq bezi, 2 min yataq tulumu və 400 ton müxtəlif yardım ləvazimatları var.
Türkiyədən Qəzzaya bu kimi yardım gəmilərinin müntəzəm olaraq göndərilməsi nəzərdə tutulur.