Almaniyadan Qəzza zolağına hava yolu ilə humanitar yardım göndərilib
Bu gün Almaniyadan Qəzza zolağı üçün hava yolu ilə humanitar yardım göndərilib.
Bu barədə Almaniya Hərbi Hava Qüvvələri xəbər verib.
"İordaniyadan havaya qalxan Almaniyanın “Hercules C130” hərbi-nəqliyyat təyyarəsi min metr hündürlükdən Qəzza zolağı üzərində paraşütlə dörd ton ərzaq göndərib", - deyə bildirilib.
"EFE" agentliyi qeyd edib ki, Almaniya Hərbi Hava Qüvvələrinin köməyi ilə ilk humanitar yardım ölkənin kansleri Olaf Şolzun İordaniyaya səfərindən bir neçə saat əvvəl baş verib