azfakt.az
http://azfakt.az

Rusiyaya qarşı sanksiyalar genişləndirilib

13-04-2024, 20:21 Baxılıb: 0

 

Böyük Britaniya və ABŞ metal ticarətində Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin və ABŞ Xəzinədarlığının yaydığı bəyanatda yer alıb.

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib ki, Londonun Vaşinqtonla birlikdə atdığı həlledici addım Rusiya metallarının iki ən böyük əmtəə birjasına çıxışının qarşısını almaqla bu ölkənin hərbi sənaye kompleksini maliyyə vəsaitindən məhrum edəcək.


Qeyd olunub ki, tətbiq olunan məhdudiyyətlər hər iki birjanın anbarlarındakı Rusiya metallarının mövcud ehtiyatlarına şamil edilmir, onlarla ticarət əməliyyatları hələ də aparıla bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930