Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb.
Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, fevralın 24-də təsdiqlənəcəyi gözlənilən yeni sanksiyalar paketi yeni ticari məhdudiyyətləri və genişlənmiş sanksiyalar siyahısını əhatə edəcək.
Qeyd olunub ki, Aİ ölkələrinin səfirlərinin görüşündə, həmçinin, sanksiyalardan yayınma ilə mübarizə tədbirləri müzakirə edilib