Fransa səfiri Rusiya XİN-ə çağırıldı
Fransanın Moskvadakı səfiri Pyer Levi bu ölkənin xarici işlər naziri Stefan Sejurnenin Rusiya ilə bağlı açıqlamalarına görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Rusiya diplomatik qurumunun məlumatında deyilir.
Bildirilir ki, Fransanın Avropa və xarici işlər naziri S.Sejurnenin Fransa tərəfinin Rusiya rəsmiləri ilə danışıqlara maraq göstərməməsi ilə bağlı son açıqlamaları, eləcə də Rusiya tərəfinin bəyanatlarında yalan məlumatlar olduğuna dair iddialarına görə Fransa səfirinə reallıqla heç bir əlaqəsi olmayan bu cür bəyanatların qəbuledilməz olduğu bildirilib.