Rusiyanın Moldovadakı səfiri XİN-ə çağırılıb
Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Moldova XİN bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, səfir Rusiyadakı seçkilər üçün Dnestryanı bölgədə məntəqələrin açılması səbəbindən XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub.
Bundan başqa, Rusiyanın Moldova səfirliyinin əməkdaşlarından biri "persona non grata" elan olunub və ölkəni tərk etməsi tələb edilib.