azfakt.az
http://azfakt.az

Xocavənddəki qəzada yaralananların sayı artıb

3-04-2024, 14:31 Baxılıb: 1

Xocavənddəki qəzada yaralananların sayı artıb


Xocavənd rayonunda baş verən qəza ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasına ümumilikdə 11 nəfər yerləşdirilib.

Bərdə RMX-dan Qarabağ bürosuna bildirilib ki, baş verən hadisə ilə əlaqədar 11 (4 kişi, 7-i qadın) nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Xatırladaq ki, Xocavənd rayonunda mikroavtobus aşıb. Hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb. Biləsuvar rayon sakini Pənah Quliyevin idarəsində olan "Mersedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib.Nəticədə mikroavtobus aşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930