Qarabağ erməniləri Ermənistanı tərk edir
Sentyabrın 25-dən noyabrın 26-dək Qarabağdan gedən ermənilərin 10 929 nəfəri Ermənistanı tərk edib.
Bakupost.az "Arminfo"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
"Artıq onlardan 4303 nəfəri yenidən Ermənistana qayıdıb", - məlumatda deyilir.
Qeyd edək ki, Qarabağda yaşayan ermənilərin xeyli hissəsi Rusiya və digər ölkələrin vətəndaşları idilər. Onların Ermənistanı tərk edəcəyi əvvəlcədən gözlənilirdi. Lakin Ermənistan Milli Təhlükəsizlik Şurasının guya bu ölkəni tərk edən Qarabağ ermənilərinin 4303 nəfərinin geri qayıtdığını iddia etməsi inandırıcı deyil. Görünür, Ermənistan Qarabağı könüllü tərk edən ermənilər üçün xarici dövlətlər və beynəlxalq təşkilatlardan gələn yardımların dayanmasını istəmir. Ona görə də guya ölkəni tərk edənlərin təqribən yarısının geri qayıtdığı haqda dezinformasiya yayırlar.