Əmək pensiyalarının minimum məbləğinin artırılması təklif edilir
Əmək pensiyalarının minimum məbləğinin artırılması təklif edilir.
Bu təkliflə deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O qeyd edib ki, əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətdə son illərdə mühüm addımlar atılıb.
“Ancaq bu məsələnin nəzarətdə saxlanılmasına ehtiyac var”, - deyə o bildirib.
Deputat, həmçinin, ali məktəb müəllimlərinin, elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımların atılmasının vaciliyini diqqətə çatdırıb.