Şərəfli peşə sahibi
Tanrının bizə bəxş etdiyi ömrü hərə bir cür yaşayır.
Bəzilərimiz fərqinə varmadan, bəzilərimiz isə hər anın, hər dəqiqənin qədrini bilərək. Şərəflə, ləyaqətlə, üzərinə düşən vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək!
Yaranmışların ən alisi olan insan övladı çox şeyə qadirdir. Yetər ki, sonsuz istək və həvəs olsun. Yetər ki, qabiliyyət və əzmkarlıq olsun. O zaman xarüqələr ortaya çıxır, tanrının yaratdıqları bir də insan əli ilə daha əsrarəngiz olur. Bəşər cəmiyyəti yarandığı gündən insanlar müxtəlif peşə və sənətlə məşğul olub. Hər kəs istədiyi qədər, bacardığı qədər öz sənətini, peşəsini yüksəltməyə çalışıb. Sənətin yaxşısı, pisi olmaz deyiblər. Sənət əsl sənətkar əlində dəyərli olur. Bütün sənət və peşələr gözəldir. Bir sənət isə vardır ki, başqa sənətlərdən fərqlidir, xüsusidir, müqəddəsdir. Həkimlik sənəti! O sənət ki Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşdurur, ona ikinci həyat bəxş edir. Bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən biri də Medicare Klinikasının terapevt-hepatoloqu Anar Məmmədovdur. Anar həkim bu müqəddəs peşəyə,milli vətənpərvərliyə və insanların sağlamlığına olan yüksək məsuliyyətinə əsaslanan bir prinsip və inam ilə icra etdiyini ifadə edir. Vətənpərvər həkim, öz vətəni və xalqını yaxşılaşdırmağa, sağlamlıq və yaşam keyfini artırmağa və milli sağlamlıq müstəqiləşməsinə özünü həsr etmiş bir mütəxəssisdir.
Bir həkim olaraq seçdiyi və fəaliyyət göstərdiyi sahə - günümüzün reallığında tibbin ən çətin sahələrindən biri olmasını, bu xəstəliklərin dünyada, o cümlədən respublikamızda artan faiz üzrə irəliləməsini nəzərə alaraq onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu bir daha vurğulamaq yerinə düşərdi. Təcrübəli, səriştəli, sənətinin mükəmməl bilicisi olan Anar həkim bütün xəstələrinə -gələcəyimiz olan uşaqlara özəlliklə və xüsusi həssaslıqla yanaşır, onların sağalıb normal həyata qayıtmaları üçün bütün bilik, bacarıq və səriştəsini ortaya qoyur.
Anar həkimi səciyyələndirən xüsusiyyətlər təkcə təcrübəli, peşəkar bir həkim olmaqla bitmir. Son dərəcə yüksək intellekt, ziyalılıq, hərtərəfli elmi biliklər, həmçinin gözəl qəlb , zəngin və təkrarolunmaz mənəviyyat, ailcənablıq , xeyirxahlıq dəyərli bir insan, bir şəxsiyyət kimi onu formalaşdıran xüsusiyyətlərdir. O xüsusiyyətlər ki, bu gün cəmiyyətimizə çox lazımdır, fəqət çox az insanda tapılır. Bu baxımdan Anar həkim təkcə bir həkim kimi deyil, dəyərli, əsl insanlıq nümunəsi , yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olan bir şəxsiyyət kimi çox lazımdır.
Doktor Anar Məmmədova və Medicare Klinikasında onunla çiyin-çiyinə çalışan tibb işçilərinə insanların sağlamlığının keşiyində durmaq kimi müqəddəs işlərində uğurlar diləyirik.
Tanrı Sizi qorusun, Anar həkim!
Kəmalə Eldarlı
Baş redaktor