azfakt.az
http://azfakt.az

Xaricdə təhsil almış 95 nəfərin diplomu tanınmayıb

8-02-2024, 14:16 Baxılıb: 1

Xaricdə təhsil almış 95 nəfərin diplomu tanınmayıb

Yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən  verilən məlumata görə, ötən ay 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bildirilib ki. tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukrayna 186, Rusiya 171, Türkiyə 149, Gürcüstan 41, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 17, İtaliya 13, Macaristan 7, Polşa 7, Amerika Birləşmiş Ştatları 4, İsveç 4, Qırğızıstan 4, Çin 3, Fransadan 3, Qazaxıstan 3, Belarus 2, Əlcəzair 2, Almaniya1, Belçika 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Əfqanistan 1, Estoniyadan 1, İspaniya 1, Kipr 1, Litva 1, Malavi 1, Pakistandan 1 müraciət olub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 63, menecment üzrə 52, iqtisadiyyat üzrə 47, biznesin idarə edilməsi üzrə 37, dövlət və bələdiyyə idarəetməsi üzrə 19 müraciətçi qeydə alınıb.

Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930