azfakt.az
http://azfakt.az

MDB missiyası seçkilərə hazırlığın monitorinqinin nəticələrinə dair aralıq hesabat dərc edib

2-02-2024, 20:15 Baxılıb: 0

MDB missiyası seçkilərə hazırlığın monitorinqinin nəticələrinə dair aralıq hesabat dərc edib

Bütün səviyyələrdəki seçki komissiyaları Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri tədbirləri görür: hər şey ölkə qanunvericiliyinə ciddi şəkildə uyğun təşkil olunub.

Trend Secki-2024.az-a istinadən xəbər verir ki, bu barədə MDB müşahidəçilər missiyasının seçkilərə hazırlıqla bağlı monitorinqinin nəticələrinə dair aralıq hesabatında bildirilib.

Seçki kampaniyasının monitorinqi çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər ölkə ərazilərində olmuş, dairə və məntəqə seçki komissiyalarının işi ilə yaxından tanış olublar. Buraya Abşeron, Ağsu, Goranboy, Qobustan, Quba, Qusar, Cəlilabad, Yevlax, İmişli, İsmayıllı, Lənkəran, Masallı, Sabirabad, Salyan, Siyəzən, Ucar, Xaçmaz, Şabran, Şamaxı rayonları, Naxçıvan MR, Bakı, Gəncə, Yevlax, Lənkəran, Şirvan şəhərləri daxildir.

MDB Missiyasının nümayəndələri hesabatda qeyd ediblər ki, komissiyalar səsvermənin təşkili üçün zəruri olan rabitə vasitələri, ofis avadanlığı və s. ilə təmin olunub.

Hesabatda vurğulanıb ki, müşahidə missiyası seçki prosesinə və dövlətin daxili işlərinə qarışmadan Azərbaycan qanunvericiliyini, Birlik çərçivəsində qəbul edilmiş sənədləri rəhbər tutmaqla öz funksiyalarını sərbəst və müstəqil şəkildə həyata keçirir.

MDB-dən olan müşahidəçilər seçkilərə hazırlığın monitorinqi çərçivəsində Mərkəzi Seçki Komissiyası və Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə seçki kampaniyasının gedişini müzakirə ediblər. Prezidentliyə namizədlərin təşviqat qərargahının nümayəndələri ilə görüşlər keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930