azfakt.az
http://azfakt.az

Azad edilmiş ərazilərdəki seçki məntəqələrində hər cür şərait yaradıldı

16-01-2024, 17:54 Baxılıb: 6

Azad edilmiş ərazilərdəki seçki məntəqələrində hər cür şərait yaradıldı

Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının və Mərkəzi Seçki Komissiyasının nümayəndələri seçkilərə hazırlığın vəziyyətini öyrənmək üçün işğaldan azad olunmuş Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndi ərazisində yaradılan seçki məntqələrinə baxış keçiriblər. Baxış zamanı məntəqə sədrləri və üzvləri ilə seçkilərə hazırlıqla bağlı müzakirələr aparılıb.

Trend Secki-2024.az-a istinadən xəbər verir ki, seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib.

Fevralın 7-nə təyin olunan prezident seçkisi ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Bunun üçün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930