Türkiyədən Yunanıstana keçmək istəyən beş terrorçu tutuldu
Son üç gün ərzində Türkiyənin Edirne şəhərindən Yunanıstana keçməyə cəhd göstərən beş terrorçu saxlanılıb.
Bu barədə Edirne Valiliyindən bildirilib.
Saxlanılan şəxslərdən dördünün FETÖ, birinin isə PKK üzvü olduğu müəyyən edilib.
Terrorçular təhlükəsizlik qüvvələrinə təhvil verilib