PKK-nın rəhbərlərindən biri İraqda zərərsizləşdirilib
Türkiyə kəşfiyyatı ölkə sərhədindən 200 km aralıda PKK-nın rəhbərlərindən birini zərərsizləşdirib.
“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Berhudan Kelhor kod adlı İslam Cahanferi İraqın Süleymaniyyə şəhərinin Pencevin çölündə zərərsizləşdirilib.
Qeyd olunub ki, PKK/KCK-PYD/YPG üzvlərinin məsuliyyətini üzərinə götürən və yaralı təşkilat üzvlərini müalicə edən Cehanferin İraq və Suriyada fəaliyyət göstərdiyi bildirilib.