“Xəzri” müvəqqəti liderliyə yüksəldi
Azərbaycan Basketbol Liqasında XI turun oyunları davam edir.
Trend xəbər verir ki, günün ilk oyunda “Gəncə” və “Xəzri” komandaları üz-üzə gəlib.
Gərgin keçən görüş paytaxt klubunun 96:89 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda isə “Xırdalan” və “Sumqayıt” komandaları qarşılaşacaq. Görüş saat 19:30-da start götürəcək.
Qeyd edək ki, rəqiblərindən bir oyun artıq keçirən “Xəzri” 20 xalla liderdir. “Gəncə” isə 13 xalla 9-cu yerdə qərarlaşıb.