qanunedalet.com.az
http://qanunedalet.com.az

Təbiətə 28210 manat ziyan vurdular

22-08-2025, 18:39

tebiete-28210-manat-ziyan-vurdular

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Neftçala və Tovuz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Xidmətdən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı Neftçala rayonunun Aşağı Surra kəndi və Tovuz rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 28210 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bildirilir ki, hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930