qanunedalet.com.az
http://qanunedalet.com.az

Maşını “ştrafnoy”dan çıxararkən nəzarətçini söydü - Həbs olundu

9-09-2025, 19:00

masini-strafnoydan-cixararken-nezaretcini-soydu


Abşeron rayonu Xırdalan şəhərində ictimai asayişi pozan şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xırdalandakı 15 saylı cərimə meydançasında baş verib.

Özünə məxsus minik avtomobilini cərimə meydançasından çıxaran 1993-cü il təvəllüdlü S. Məmmədov (şərti) oranın nəzarətçisi olan mülki şəxsi söyərək təhqir edib.

Nəzarətçinin şikayəti əsasında 32 yaşlı sürücü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsinə əsasən protokol tərtib edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə S. Məmmədov 5 sutkalıq həbs edilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930