qanunedalet.com.az
http://qanunedalet.com.az

Qarabağ Universitetində yüksək bal toplayan tələbələrə təqaüd tətbiq olunacaq

26-02-2024, 13:40

Qarabağ Universitetində yüksək bal toplayan tələbələrə təqaüd tətbiq olunacaq

Qarabağ Universitetində təhsil alacaq yüksək bal toplayan tələbələrə əlavə olaraq həvəsləndirici təqaüd tətbiq olunacaq.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, həmçinin, Universitetin yataqxanası bütün tələbələr üçün pulsuz təmin ediləcək.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728