qanunedalet.com.az
http://qanunedalet.com.az

“AL SARAY” restoranın sahibi ağacları kəsdi,yerində qanunsuz tikinti aparır-Videofakt

14-08-2025, 16:05

“AL SARAY” restoran sahibinin tikinti üçün rəsmi icazəsinin olmadığı bildirilir.

Paytaxt Bakı və ölkənin böyük şəhərlərində qanunsuz tikinti işləri son zamanlar yenidən füsət alıb. 

Buna səbəb isə yerli İcra Hakimiyyət orqanlarının və digər cavabdeh qurumların sahibkarlarla gizli şəkildə "anlaşaraq" qanunsuz tikintilərə göz yummasıdır.

Həqiqixeber.az -a saytı paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən  “AL SARAY”    restoranında qanunsuz tikintinin həyata keçirilir. Al Saray restoranının həyətində  Natiq adlı şəxs  tərəfindən ağaclar məhv edilərək  əlavə otaqlar tikilir   Qeyd edək ki,  restoranın həyətində inşa  işlərinin aparılması ilə bağlı heç bir rəsmi icazə yoxdur. 

Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmalıdır. Ancaq Süleyman Sani Axundov küçəsində yerləşən “AL SARAY”    restoranında qanunsuz tikinti işlərini aparan Natiq adlı şəxs ağacların kəsilməsini qeydə alan əməkdaşımızın fəaliyyətinə kobud şəkildə mane olaraq onun vəsiqəsini yararsız hala salmışdır. Bununla bağlı aidiyyatı qurumlara müraciət olundu. 

Məlumatda iddia olunur ki, “AL SARAY”    restoranında qanunsuz tikintiyə icazə  Binəqədi rayon  İcra Hakimiyyəti müavini Hacıbaba Babyev tərəfindən "verilib".

Heqiqxeber.az-a daxil olan məlumata görə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən Al Saray restoranında qanunsuz tikintin   qanunsuz tikinti işləri davam etdirilir. Bu isə o anlama gəlir ki,  “AL SARAY”da  tikinti işləri aparan Natiq adlı şəxs və restoran rəhbərliyi  qanunları heçə sayır.

 Qanunsuz tikinti ilə bağlı   Binəqədi icra hakimiyyətindən,Ekologiya və Təbii Sərvətlər Nazirliyindən heç bir açıqlama almaq mümkün  olmadı.

Qurumaların münasibətini dərc etməyə hazırıq.



Heqiqixeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031