qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanın dövlət borcu ilə bağlı proqnoz açıqlandı

19-08-2025, 18:24

azerbaycanin-dovlet-borcu-ile-bagli-proqnoz-aciqlandi

2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcunun 4 874 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 20.121,3 milyon manat olmaqla ümumi dövlət borcunun 28 407,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 57,2 faizinin 5 ilədək, 35,4 faizinin 5-10 il ərzində, 7,4 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.

2026-cı ilin 1 yanvar tarixinə daxili dövlət borcunun 55,7 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 14,9 faizi 1 illik, 57,0 faizi 2-3 illik, 30,0 faizi isə 5-il və daha artıq istiqrazların payına düşməsi proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031