qanunedalet.com.az
http://qanunedalet.com.az

Qaradağ Rayonunda Qanunsuz Tikinti – Kimlər Məsuliyyət Daşıyır?

11-08-2025, 21:17




Qaradağ rayon Şahlar Ələsgərov küçəsi, Sahil 1 ünvanında inşa edilən tikinti obyektinin qanuniliyinə dair ciddi şübhələr yaranıb. Sakinlər və ətraf icma nümayəndələri bildirirlər ki, sözügedən tikinti üçün lazımi icazələrin olub-olmaması sual altındadır. Daha da narahatlıq doğuran məqam odur ki, bu prosesin açıq-aşkar şəkildə davam etməsinə baxmayaraq, aidiyyəti qurumlar sanki göz yumur.
Şəhərsalma qaydalarının pozulması, tikinti normalarına əməl edilməməsi və şəffaflığın olmaması kimi halların davam etməsi yalnız qanunsuzluğun adi hala çevrilməsinə gətirib çıxarır. Belə vəziyyət isə nəinki ətraf mühitin və şəhər infrastrukturunun qorunmasına ziyan vurur.
Sual yaranır: Qanunsuz tikintiyə göz yumanlar kimlərdir və niyə tədbir görülmür? Əgər bu cür hallar vaxtında qarşısı alınmasa, sabah başqa ünvanlarda da oxşar vəziyyətlərin yaşanması qaçılmaz olacaq.
İctimaiyyət olaraq tələb edirik ki, Qaradağ rayonunda baş verən bu hadisə dərhal araşdırılsın, məsul şəxslər müəyyən edilsin və tikinti prosesi qanun çərçivəsinə salınsın. Əks halda bu, sadəcə bir tikinti məsələsi deyil, sistemli nəzarətsizliyin bariz nümunəsinə çevriləcək. Xahiş edirik, aidiyyəti qurumlar məsələni diqqətdə saxlasın və nəzarəti gücləndirsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031