qanunedalet.com.az
http://qanunedalet.com.az

Ceyhun Bayramov üç il sonra Mirzoyanla telefonla danışdı

12-08-2025, 19:08

ceyhun-bayramov-uc-il-sonra-mirzoyanla-telefonla-danisdi

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. 

Azərbaycan XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər. 

Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.

“Qafqazinfo” qeyd edir ki, bu, Birgə Bəyannamə imzalandıqdan sonra XİN rəhbərlərinin ilk telefon danışığıdır. Bundan öncəki danışıq isə 2022-ci ilə təsadüf etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930