qanunedalet.com.az
http://qanunedalet.com.az

Prezidentin yüksək vəzifə verdiyi general kimdir?

24-10-2025, 19:58

prezidentin-yuksek-vezife-verdiyi-general-kimdir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

“Qafqazinfo” dövlət başçısının digər Sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsi verilən Sərdar Səfərovun dosyesini təqdim edir:

Sərdar Səfərov 1973-cü ildə Sumqayıt şəhərində anadan olub. 1999-cu ildə Türkiyənin Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.
O, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.

2023-cü ilin yanvarında isə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. Eyni ildə polis general-mayoru Xankəndi şəhərinin komendantı olub, Prezident Xankəndiyə səfər edərkən raport verib.

Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında öz xidməti vəzifələrini yerinə yetirərək yüksək peşəkarlıq göstərdiyinə görə “Hərbi xidmətlərə görə”, “İgidliyə  görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930