Natiq Cavadov Texnologiya Universitetində kafedra müdiridir, yoxsa kafe

Texnologiya Universiteti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə yaradılıb.
Azərbaycan Texnologiya Universitetində hazırda 4 fakültə, 14 kafedra, magistratura və doktorantura şöbəsi, elmi-tədqiqat mərkəzi, hazırlıq kursu, ingilis dili resurs mərkəzi, fakültələr üzrə tədris laboratoriyaları, kitabxana, innovasiya mərkəzi, idman zalı (sahəsi 1000 kv.m.) fəaliyyət göstərir. Universitetdə tələbə yataqxanası mövcuddur və hal-hazırda yenilənmə işləri aparılır. Universitetdə həmçinin tələbə yeməkxanası, yəni kafesi də fəaliyyət göstərir.
Jurnalist Sabina Babanlının Aktualinfo.net-in elektron poçtuna ünvanladığı məqalədə məhz Texnologiya Universitetinin kafesindən söhbət gedir. Sözügedən məqaləni olduğu kimi təqdim edirik.
Bu adıçəkilən ATU-nun professoru Natiq Cavadov nəinki kafedra müdirinə, hətta müəllim adını daşımağa belə layiq deyil. İki ilə yaxındır ki, kafedra müdiri təyin olunub. Onun kafedra müdiri təyin olunması özünün dediyinə görə, Universitetdə hər deyiləni əməl etməsi, hətta Univerditetin daxilində müxtəlif maddi ehtiyac olan yerlərin təmir etməsindən irəli gəlibdir.
Sözügedən şəxs ATU-nun professoru Natiq Cavadov, Universitetin “Kafesini” bu yay təmir etdirib və icarəyə götürərək öz ata mülki kimi istifafə edir. Universitetin kafesinin təmirinə 60 min manat pul xərcləyən ATU-nun kafedra müdiri Natiq Cavadov, çox bacarıqlı professordu, onun rüşvətnən, korrupsiya əməllər, hətta bizə Ağdam Dövlət Sosial-İqtisadi Kollecində direktoru olandan tanışdır.
Belə olan halda bir neçə sual yaranır. İki ildir Texnologiya Universitetində Kafedra müdiri işləyən Natiq Cavadov hansı maliyyə ilə Univetsitetin “Kafesini” təmir etdirib, icarəyə götürübdür. Axı professor Universitetdə elmi işlə məğul olar, kafe götürüb dolayı yolla pul qazanmaz. Professor təhsil ocağının güzgüsüdür, elmi işlə, məqalə yazmaqla, assistent yetişdirməklə məşğul olar, N.Cavadov kimi əl güdməz.
Texnologiya Universitetindən əldə etdiyimiz məlumatlara görə, kafedra müdiri Natiq Cavadov, oktyabr ayının 23 də müəllimlərə iclas keçiribdir. İclasda etik normaları pozaraq, qadın və kişi müəllimlərə kobud ifadələr işlədibdir. Müəllimlərdən biri iclas zamanı telefon vasitəsilə iclasın gedişatını səs yazısı kimi qeydə alıbdır, növbəti yazımızda həmin səs yazısını təqdim edəcəyik.
Gələk yenə, Univetsitetin kafedra müdiri yox, ATU-nun kafesinin müdiri, plagiat professor Natiq Cavadova. O, Cavadovdu ki, Ali Attestasiya Komissiyasının üzvüdür, bir çox şəxslərdə pul alaraq onların dissertasiyalarını AAk-dan keçirtməyə söz veribdir. Hətta mənbənin verdiyi məlumatlara görə kafe müdiri plagiat professor Natiq Cavadov, toz basmış dissertasiyaların adlarını dəyişərək pul qarşılığında satır. Onda belə çıxır ki, bütün elmi əsərləri plagiatdan ibarət olan, N.Cavadovun professorluğu plagiyatdır.
Nəzərinizə çatdırırıq ki, qulluq mövqeyindən istifadə edən Ağdam Dövlət Sosial-İqtisadi Kollecin sabiq direktoru Natiq Cavadov, Kollecin maddi-texniki bazası adı altında maliyyə pozuntusu etmişdir.
Növbəti yazımızda plagiat professorun Ağdam Dövlət Sosial- İqtisadi Kollecin direktoru olduğu zamanda maliyyə pozuntusunu, plagiyat dissertasiyalarının aqibətindən yazı dərc edəcəyik…
Ardı var…
Aktualinfo.net
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: