qanunedalet.com.az
http://qanunedalet.com.az

DİN-in elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşdi

24-10-2025, 19:49

din-in-elan-etdiyi-teqaud-proqraminin-qalibleri-mueyyenlesdi

Daxili İşlər Nazirliyinin süni intellekt və İT sahələri üzrə elan etdiyi təqaüd proqramının qalibləri müəyyən edilib.
Təqaüd proqramı böyük maraqla qarşılanıb və ilkin mərhələdə 8000-dən çox namizəd qeydiyyatdan keçirilib.
Namizədlər seçim kriteriyaları, imtahan və müsahibə mərhələlərindən uğurla keçərək müəyyən olundular.

Proqram çərçivəsində DİN-in dəstəyi ilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, məhsul sahibi (Product Owner), Linux əməliyyat sistemi, İT biznes analitikası və QA tester mühəndisliyi istiqamətləri üzrə ümumilikdə 200 nəfər üçün nəzərdə tutulmuş təqaüd proqramının qalib sayı iştirakçıların yüksək nəticələri və müsabiqəyə böyük marağın olması səbəbindən  134 nəfər artırılaraq 334 nəfərə yüksəldilib.

Qeyd edək ki, təqaüd proqramı çərçivəsində təlim xərclərinin 60%-i DİN tərəfindən qarşılanacaq. Daxili işlər orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və təlimləri uğurla başa vuran şəxslərə Nazirlikdə işə qəbul imkanı yaradılacaq. Həmçinin DİN tərəfindən elan olunan bu kimi təqaüd proqramlarının gələcəkdə mütəmadi davam etdirilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930