qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycan və Ermənistan arasında bəzi problemlərlə bağlı razılığa gəlinib - Mirzoyan

7-03-2024, 14:44

Azərbaycan və Ermənistan arasında bəzi problemlərlə bağlı razılığa gəlinib - Mirzoyan

Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqları davam etdiririk.

Trend xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

Tərəflər arasında müəyyən problemlərin olduğunu və bəziləri ilə bağlı Azərbaycanla razılığa gəldiklərini qeyd edən Mirzoyan iki mühüm məsələdə tərəflərin yanaşmalarının fərqli olduğunu bildirib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüşün vaxtı barədə danışan Ermənistan XiN rəhbəri yeni görüşün tarixinin müəyyənləşmədiyini deyib. Mirzoyan Ceyhun Bayramovla daim əlaqə saxladıqlarını və yeni görüşün tarixinin tezliklə müəyyən ediləcəyinə ümidvar olduqlarını dilə gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930