qanunedalet.com.az
http://qanunedalet.com.az

Britaniyada məscidlərin təhlükəsizliyinə 13 milyon ayrılacaq

24-10-2025, 19:55

britaniyada-mescidlerin-tehlukesizliyine-13-milyon-ayrilacaq

Böyük Britaniya hakimiyyəti məscidlərdə və müsəlman dini mərkəzlərində təhlükəsizlik tədbirlərinin genişləndirilməsinə 10 milyon funt-sterlinq (təxminən 13,3 milyon dollar) ayırmağı planlaşdırır. 
Bu barədə Britaniya hökumətinin Mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Kir Starmer bəyan edib ki, Böyük Britaniyanın məscidləri və müsəlman dini mərkəzləri nifrət zəminində cinayət və hücumlardan qorunmaq üçün təhlükəsizliyin təmin edilməsi məqsədilə 10 milyon funt-sterlinq məbləğində əlavə maliyyələşdirmə alacaq”, - bəyanatda deyilir.
Vəsaitin videomüşahidə və siqnalizasiya sistemlərinin quraşdırılmasına, hasarların tikilməsinə və mühafizə xərclərinə sərf ediləcəyi bildirilir. Bu vəsait hökumətin ötən il məscidlərin təhlükəsizliyinin təmin edilməsinə ayırdığı 29,4 milyon funt-sterlinqə (təxminən 39,2 milyon dollar) əlavə olunacaq.

Baş nazir bu bəyanatla İngiltərənin cənubunda yerləşən Pisheyven şəhərindəki məscidə səfərindən sonra çıxış edib. Həmin məscid oktyabrın əvvəlində naməlum şəxslər tərəfindən yandırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Qeyd edək ki, Britaniya hökumətinin məlumatına görə, 2024-cü ilin martından 2025-ci ilin martına qədər müsəlmanlara qarşı nifrət zəminində törədilən cinayətlərin sayı 19 faiz artıb. Birləşmiş Krallıqda dini zəmində törədilən bütün cinayətlərin 44 faizi müsəlmanlara qarşı törədilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930